Baş nazir: NATO-ya qoşulmaq Gürcüstanın gündəliyində deyil
08.02.2025 19:20
379
Dünya
A
Baş nazir: NATO-ya qoşulmaq Gürcüstanın gündəliyində deyil

"Gürcüstanın NATO-ya inteqrasiyası gündəmdə deyil".

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

"Bizim kifayət qədər aydın xarici siyasət məqsədlərimiz var. NATO-ya inteqrasiya məsələsinə gəlincə, Qərb ölkələrinin qərarları və yanaşmaları səbəbindən hələ ki gündəmdə deyil", - İrakli Kobaxidxe deyib.

O qeyd edib ki, Avropa İttifaqına inteqrasiya Gürcüstanın xarici siyasətinin əsas prioriteti olaraq qalır.

Onun sözlərinə görə, 2030-cu ilə qədər Aİ üzvü olmaq hədəfi Gürcüstan üçün əlçatandır. 

ŞƏRH YAZ
14