
Kateqoriyalar
2025-ci ilin yanvarında, əvvəlki ilin eyni ayı ilə müqayisədə, xaricə turistik səfərlər 5.7% bahalaşıb.
Aktual.ge xəbər verir ki, statistik məlumatlara görə, eyni dövrdə təyyarə biletlərinin qiyməti 9.31% artıb.
Qeyd edək ki, son bir ay ərzində səyahət xərcləri 1.21% azalarkən, təyyarə biletlərinin qiyməti 14.6% enib. Ölkə daxilində istirahətə gəldikdə isə yanvar ayında həm yerləşmə, həm də restoranlarda qidalanma xərcləri artıb. Məsələn, otellərin qiymətləri yanvarda 8.47%, restoranlarda nahar isə 3.82% bahalaşıb.
Bunu da qeyd edək ki, restoranlarda qidalanma xərcləri son bir ay ərzində dəyişməz qalıb, otellərdə yerləşmə isə 3.85% ucuzlaşıb.