
Kateqoriyalar
“Mən İranla nüvə məsələlərində razılaşmaq istərdim, çünki bunu bombalamaqdan üstün tuturam”.
Aktual.ge xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “The New York Post”a müsahibəsində qeyd edib.
Onun sözlərinə görə, belə bir razılaşma əldə olunarsa, İsrail İrana hücum etməyəcək. Bununla belə, Tramp potensial danışıqların təfərrüatlarını açıqlamaqdan imtina edib.
“Onlara sövdələşməyə hazır olduğumu söyləyəcəyəm” - deyib Tramp.
Razılaşmanın müqabilində İrana konkret nə təklif edəcəyi sualına Tramp belə cavab verib:
“Çox sərt olduğu üçün deyə bilmərəm. Amma mən onları bombalamayacağam”.