
Gürcüstanda hər 3 uşaqdan biri yoxsulluq həddindən aşağı şəraitdə yaşayır.
Aktual.ge xəbər verir ki, bu, Sosial Xidmət Agentliyi və Statistik Xidmətin məlumatları arasında öz əksini tapıb.
Belə ki, 2025-ci ilin yanvar ayına olan məlumata görə, ölkədə 16 yaşa qədər olan 249 min 854 nəfər sosial müavinət alır. Rəsmi statistikaya əsasən, Gürcüstanda bu yaş qrupunda ümumilikdə 803 min 347 uşaq var.
Sosial Xidmət Agentliyinin məlumatına görə, ən çox sosial yardım alan uşaq Tbilisidədir – 55 min 542 nəfər, ikinci sırada isə Kvemo Kartli bölgəsidir – 41 min 167.
Aktual.ge regionlar üzrə sosial müavinət alan uşaqların sayını təqdim edir:
Tbilisi – 55,542
Kvemo Kartli – 41,167
İmereti – 30,578
Sameqrelo-Zemo Svaneti – 27,160
Acara – 26,002
Kaxeti – 24,344
Şida Kartli – 19,029
Quria – 9,242
Samtsxhe-Cavaxeti – 7,833
Mtsxeta-Mtianeti – 6,302
Raça-Leçxumi və Kvemo Svaneti – 2,655
Ümumilikdə, 2025-ci ilin yanvar ayına olan məlumata əsasən, Gürcüstanda sosial yardım alan və sosial cəhətdən həssas statusu olan insanların ümumi sayı 696 min 359 nəfərdir. Onlardan:
465 min 26 nəfər yalnız sosial yardım alır
231 min 333 nəfər isə Dövlətin Məşğulluğa Dəstək Proqramına daxil edilib və bu şəxslər 4 il ərzində sosial cəhətdən həssas statuslarını qoruyurlar.