
Kateqoriyalar
Aprel ayından etibarən Bakı-Tiblisi-Bakı qatarı istifadəyə veriləcək.
Aktual.ge xəbər verir ki, bu barədə Azərbaycan hökumətinin mənbələrindən yerli KİV-ə məlumat verilib.
Yayılan məlumata görə, Azərbaycan və Gürcüstanın müvafiq qurumları arasında bununla bağlı razılıq əldə olunub. Məlumata əsasən, aprel ayından etibarən Bakı-Tiblisi-Bakı qatarı yenidən fəaliyyətə başlayacaq.
Sərnişindaşıma İsveçrənin Stdadler qatarları vasitəsilə həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, Azərbaycan quru sərhədləri, o cümlədən Azərbaycan və Gürcüstan arasındakı quru sərhəd 2020-ci ilin 11 mart tarixindən bəri koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminə görə bağlıdır.