Gürcüstanda elektromobil idxalı maksimum səviyyəyə çatıb.
Aktual.ge xəbər verir ki, bu Statistika Xidmətinin məlumatları arasında öz əksini tapıb.
Statistik məlumatlara görə, 2024-cü ildə Gürcüstana 5,402 ədəd (105.233 milyon ABŞ dolları) elektrik mühərrikli avtomobil gətirilib ki, bu da əvvəlki illə müqayisədə 151% artım deməkdir və ümumilikdə rekord göstəricidir.
Müqayisə üçün:
2023-cü ildə – 2,151 ədəd (55.631 milyon ABŞ dolları)
2022-ci ildə – 1,287 ədəd (31.844 milyon ABŞ dolları)
2021-ci ildə – 373 ədəd (7.886 milyon ABŞ dolları)
2020-ci ildə – 387 ədəd (6.589 milyon ABŞ dolları)
2019-cu ildə – 953 ədəd (9.613 milyon ABŞ dolları)
2018-ci ildə – 969 ədəd (6.546 milyon ABŞ dolları)
2017-ci ildə – 849 ədəd (9.162 milyon ABŞ dolları)
Statistikaya əsasən, elektrik mühərrikli avtomobillərin orta illik qiyməti azalıb.
2024-cü ildə bir elektromobilin orta qiyməti təxminən 19.5 min ABŞ dolları olub.
2023-cü ildə bu rəqəm 25.9 min ABŞ dolları təşkil edib.
(Qeyd: Qiymət orta göstəricilər əsasında hesablanıb. Marka, model və il nəzərə alınmaqla qiymət daha yüksək və ya aşağı ola bilər.)
Elektromobillərin idxal olunduğu əsas ölkələrə gəldikdə, lider ABŞ-dır və ümumi idxalın 61%-i bu ölkənin payına düşür. Daha sonra isə 15.5%-lə Çin və 15.5%-lə Yaponiya gəlir.
2024-cü ildə Gürcüstanın elektromobil idxal etdiyi əsas 5 ölkə:
ABŞ – 3,299 ədəd (55.009 milyon ABŞ dolları)
Çin – 839 ədəd (21.437 milyon ABŞ dolları)
Yaponiya – 837 ədəd (5.743 milyon ABŞ dolları)
Almaniya – 198 ədəd (13.240 milyon ABŞ dolları)
Birləşmiş Ərəb Əmirlikləri – 43 ədəd (1.259 milyon ABŞ dolları)
Məlumat üçün bildirək ki, 2024-cü ildə Gürcüstana ümumilikdə 207,589 avtomobil (3.464 milyard ABŞ dolları) idxal edilib və bunun 2.6%-i elektromobillərdir.