
Rusiyanın Dövlət Duması qəlyanları tamamilə qadağan etməyə hazırlaşır.
Aktual.ge xarici medialara istinadən xəbər verir ki, bunu Rusiya Səhiyyə Mühafizəsi Komitəsinin üzvü Biysultan Həmzəyev deyib.
“Moskvanın istənilən, hətta ən gözəl, ən bahalı müəssisəsində qəlyanlardan yaxma götürün, müayinəyə verin, stafilokoklar, pseudomonas aeruginosa, vəba tapacaqlar. Təbii ki, bundan sonra qəlyanları dərhal qadağan etmək lazım gələcək”, - deyə Həmzəyev bildirib.
O qeyd edib ki, qəlyan “kütləvi istehlak inhalyatorları”dır, çünki cihazdan bir gündə 10-15 nəfər istifadə edə bilər.
Yanvarın sonunda Federasiya Şurası maaşın 2 milyon rubla qədər artırılması haqqında qanunu təsdiqlədi. Azyaşlı uşaqlara tütün məmulatlarının, vapların və qə və qəlyanların satışına görə cərimələr artırıldı.