Qış təkərlərindən istifadə etməyən 654 sürücüyə cərimə tətbiq edilib
14.02.2025 10:51
302
Siyasət
A
Qış təkərlərindən istifadə etməyən 654 sürücüyə cərimə tətbiq edilib

Qış təkərlərindən istifadə etməyən 654 sürücüyə cərimə tətbiq edilib.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin statistik məlumatlarında qeyd olunub.

Məlumata əsasən, onlardan 319-u İmereti bölgəsində, 150-si Kvemo Kartlidə, 59-u Mtsxeta-Mtianetidə, 42-si Samtsxe-Cavaxetidə, 37-si Kaxetidə, 5-i Şida Kartlidə, 2-si isə Tbilisinin yüksək dağlıq ərazilərində cərimələnib.

Xatırladaq ki, qış təkərləri olmadan avtomobil idarə etməyə qadağa 2024-cü ildən qüvvəyə minib. Qanuna əsasən, dekabrın 1-dən martın 1-dək olan müddətdə yolların müəyyən hissələrində avtomobillərin qış təkərləri ilə idarə olunması məcburidir. Belə ki, müvafiq xüsusiyyətlərə malik qış təkərləri olmayan avtonəqliyyat vasitəsini idarə edərkən, xüsusi hallarda, meteoroloji şərait nəzərə alınmaqla, ən azı iki təkərdə sürüşməyə qarşı zəncirlər olmasa 100 lari məbləğində cərimə tətbiq ediləcək və sürücünün 5 balı azalacaq.

ŞƏRH YAZ
4