Fevralın 14-nə gözlənilən hava proqnozu
14.02.2025 11:04
589
Siyasət
A
Fevralın 14-nə gözlənilən hava proqnozu

Bu gün Gürcüstanda yağıntı və küləyin güclənməsi gözlənilir.

Aktual.ge xəbər verir ki, Qərbi Gürcüstanda ara-sıra buludluluğun artması gözlənilir. Əksər bölgələrdə yağış, dağlarda isə qar yağacaq. Qərb küləyi 10-15 m/s sürətində olacaq. Havanın temperaturu: aşağı bölgələrdə gündüz +4, +9°; dağlarda gündüz 0, +5°; yüksək dağlarda gündüz -3, +2° olacaq.

Şərqi Gürcüstanda da ara-sıra buludluluğun artması gözlənilir. Bəzi yerlərdə yağıntı, dağlarda qar formasında olacaq. Qərb küləyi 10-15 m/s, gündüz bəzi yerlərdə güclü 17-22 m/s sürətində olacaq. Havanın temperaturu: düzənliklərdə gündüz +4, +9°; dağlarda gündüz 0, +5°; yüksək dağlarda gündüz -5, 0° olacaq.

Tbilisidə az miqdarda yağıntı və küləyin güclənməsi gözlənilir. Temperatur +8° olacaq.

ŞƏRH YAZ
0