DİN az əvvəl açıqladı:
14.02.2025 11:13
1314
Kriminal
A
DİN az əvvəl açıqladı: "Qanuni oğru" dünyası ilə əlaqəli 5 nəfər saxlanılıb - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Quria Polis Departamenti və Ozurgeti Rayon Prokurorluğunun əməkdaşları tərəfindən birgə aparılmış operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində, məhkəmə qərarına əsasən, Tbilisidə, Ozurgetidə və Ureki qəsəbəsində "qanuni oğru dünyası" ilə əlaqədə olan 5 nəfər saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat verib.

Nazirliyin bildirdiyinə görə, saxlanılan şəxsləri 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

" 'Qanuni oğru dünyasının' üzvü olmaqda ittiham olunanlar arasında 1991-ci il təvəllüdlü G.X. ("Xoşto" ləqəbli) və əvvəllər dəfələrlə məhkum olunmuş, 1981-ci il təvəllüdlü E.B. ("Edo" ləqəbli) var.

'Qanuni oğru dünyasının fəaliyyətini dəstəkləməkdə' ittiham olunan şəxs isə əvvəllər məhkum edilmiş, 2000-ci il təvəllüdlü L.R-dir. 'Qanuni oğru dünyasının üzvünə müraciət etməkdə' ittiham olunanlar isə 1977-ci il təvəllüdlü K.B. və əvvəllər dəfələrlə məhkum olunmuş, 1983-cü il təvəllüdlü V.Ç-dir.

Bundan əlavə, əvvəllər dəfələrlə məhkum edilmiş, 1984-cü il təvəllüdlü M.X.-ya 'qanuni oğru dünyasının üzvü olmaq' ittihamı penitensiar müəssisədə ittiham irəli sürülüb" , - məlumatda deyilir.

Bildirilib ki, polis sözügedən şəxslərin evində axtarış zamanı mobil telefonlar və narkotik vasitələr götürüb.

"Aparılmış intensiv istintaq tədbirləri, o cümlədən bir neçə ay ərzində məhkəmə qərarı əsasında həyata keçirilmiş gizli istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər 'qanuni oğru dünyasının' fəaliyyətində iştirak edib, 'qanuni oğru' adlanan şəxslərlə əlaqədə olub və onların tapşırıqlarını yerinə yetiriblər.

Xüsusilə, 'qanuni oğru' mübahisələrinin həlli, qorxutma, hədə-qorxu, cinayətkar təsir imkanlarından istifadə etməklə və qanunsuz əməllər törətməklə nüfuz və hakimiyyət əldə etmək, eləcə də şəxsi və başqalarının mənfəətini təmin etmək məqsədilə Quria regionunda, Ozurgeti bələdiyyəsinin Urek qəsəbəsində və Sxaltubani kəndində 'qanuni oğru dünyasının' fəaliyyətini həyata keçiriblər.

Polis əməkdaşları saxlanılan şəxslərin şəxsi və yaşayış evlərində axtarış zamanı maddi sübut kimi mobil telefonlar və narkotik vasitələr götürüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 223-cü prima maddəsinin birinci hissəsi, 223-cü tersiya maddəsinin ikinci hissəsi və 223-cü kvarta maddəsinin birinci hissəsi üzrə aparılır", - DİN-in yaydığı məlumatda qeyd olunub.

Xatırladaq ki, bir həftə əvvəl, 7 fevral tarixində Daxili İşlər Nazirliyinin (DİN) Mərkəzi Cinayət Polis Departamentinin, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları, Baş Prokurorluqla birgə kompleks şəkildə həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində məhkəmə qərarı əsasında Tbilisidə, İmereti və Sameqreloda "kriminal aləmlə" əlaqəsi olan 26 nəfəri saxlayıb, 4 nəfərə isə qiyabi ittiham irəli sürülüb, onlardan 3-ü “qanuni oğru”dur.

ŞƏRH YAZ
8