
Kateqoriyalar
Əhlibeytin 12-ci İmamı və zühur edəcək Həzrəti Mehdinin (ə.f)mövludu münasibətilə, Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndindəki İmam Həsən (ə) məscidinin möminlərinin təşkilatçılığı ilə Marneulinin mərkəzində və kəndin iki fərqli məkanında əhaliyə meyvə, şirniyyat, meyvə suları və s. paylanılıb.
Aktual.ge xəbər verir ki, ümumilikdə üç məkanda qurulan stendlər böyük marağa səbəb olub.
Axşam namazından sonra möminlər məscidə toplaşaraq mövlud proqramı həyata keçiriblər, ölkə və dünyadaki müsəlmanlar üçün dualar ediblər.