15.02.2025 12:27
381
Siyasət
A
"Mtavari Arxi" kanalının canlı yayımları dayanıb

Gürcüstanın müxalifət telekanalı "Mtavari Arxi"nin canlı yayım fəaliyyəti dayanıb.

Aktual.ge xəbər verir ki, bu barədə ölkənin müxalifət telekanalı "Mtavari Arxi" bəyanat yayıb.

Bəyanatı olduğu kimi təqdim edirik:

" 'Mtavari Arxi'nin həmtəsisçisi Zaza Okuaşvili süni şəkildə yaratdığı maliyyə böhranı səbəbindən bu mərhələdə canlı efir formatında yayımlanan və gündəlik əlavə xərclər tələb edən bütün verilişlər dayandırılıb. Bizim artıq gündəlik fəaliyyətimizi davam etdirmək üçün maliyyə vəsaitimiz yoxdur.

Efirə çıxmayacaq verilişlər:

• Xəbər buraxılışları

• Xüsusi yayımlar

• Post-Factum

• Mtavari Şabatı

• Günün qonağı

• Fərqli Aksentlər

• Gecənin əsas buraxılışı

• Sənin səhərin

• Sənin günortan

• Sənin gecən

• Ədəbiyyat üçbucağı

• Dünyada əsas hadisələr

Hal-hazırda 'Mtavari Arxi'nin efirində yalnız əvvəlcədən lentə alınmış verilişlər, köhnə proqramların təkrarı, seriallar və filmlər yayımlanır. Biz tam yayımı bərpa etmək üçün alternativ maliyyə mənbələri axtarmağa davam edirik.

Əsas olan sizsiniz".

ŞƏRH YAZ
14