
Kateqoriyalar
Batumidə, "Xəyal şəhəri" ərazisində iki uşaq çuxura düşüb və həlak olub.
Aktual.ge xəbər verir ki, həlak olanlar 4 və 5 yaşlı uşaqlardır.
İlk məlumatlara əsasən, uşaqlar tikinti işlərinin aparıldığı ərazidə çuxura düşüblər və onları bir neçə saat ərzində axtarıblar.
Hadisə barədə Batumi bələdiyyəsi də məlumat yayıb.
”Fəlakət Batumi şəhərində, Xalvaşi prospekti 188 ünvanının yaxınlığında baş verib. Su ilə dolu çuxura iki uşaq düşüb, təəssüf ki, onların xilas edilməsi mümkün olmayıb.
Biz həlak olanların ailələrinə başsağlığı veririk. Hadisənin təfərrüatlarını Acarıstan Polisi müəyyən edəcək, istintaq başlanıb”,-deyə məlumatda qeyd olunub.