Marneulidə sürücülük vəsiqəsi olmayan yeniyetmə 6 yaşlı uşağı avtomobillə vurub
19.02.2025 17:24
2770
Hadisə
A
Marneulidə sürücülük vəsiqəsi olmayan yeniyetmə 6 yaşlı uşağı avtomobillə vurub

Marneuli Bələdiyyəsinin Əzizkənd kəndində avtomobil 6 yaşlı piyadanı vurub.

Aktual.ge-nin verdiyi xəbərə görə, hadisə bu gün günün ikinci yarısında baş verib.

İlkin məlumata görə, sürücülük vəsiqəsi olmayan 17 yaşlı yeniyetmə yüksək sürətlə hərəkət edərkən qəza törədib və 6 yaşlı uşağı vurub.

Ağır bədən xəsarətləri alan azyaşlı dərhal Marneulidəki klinikalardan birinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
30