
Gürcüstanda Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) antiterror əməlliyyatı nəticəsində iki Gürcüstan vətəndaşı saxlanılıb.
Aktual.ge xəbər verir ki, bu barədə DTX məlumat yayıb.
Qeyd olunub ki, Gürcüstanın iki vətəndaşı saxlanılıb və onların yaşayış evlərindən istintaq üçün əhəmiyyətli sübutlar, o cümlədən döyüş sursatı, müxtəlif növ elektron avadanlıqlar, pul vəsaiti və digər vacib əşyalar götürülüb.
DTX-nın məlumatında qeyd olunub ki, saxlanılan şəxslərin yaşayış evlərindən beynəlxalq terror təşkilatı ilə mümkün əlaqəni təsdiq edən müxtəlif sübutlar da ələ keçirilib.
“Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan antiterror əməliyyatları çərçivəsində həyata keçirilən operativ fəaliyyət və istintaq tədbirləri nəticəsində ölkə üzrə eyni vaxtda bir neçə xüsusi əməliyyat keçirilib. Görülən tədbirlər nəticəsində Gürcüstanın iki vətəndaşı saxlanılıb və onların yaşayış evlərindən istintaq üçün əhəmiyyətli sübutlar, o cümlədən döyüş sursatı, müxtəlif növ elektron avadanlıqlar, pul vəsaiti və digər vacib əşyalar götürülüb. Həmçinin, saxlanılan şəxslərin evlərindən beynəlxalq terror təşkilatı ilə mümkün əlaqəni təsdiq edən müxtəlif sübutlar aşkar edilib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 328-ci maddəsi – xarici ölkənin terror təşkilatına qoşulma və terror fəaliyyətinə yardım faktı üzrə aparılır" , - deyilən məlumatda vurğulanıb ki, istintaqı Dövlət Təhlükəsizliyi Xidmətinin Antiterror Mərkəzi aparır.