Əməliyyat keçirilib: Çox sayda yerli və xarici narkotik taciri saxlanılıb - VİDEO
21.02.2025 12:26
1612
Kriminal
A
Əməliyyat keçirilib: Çox sayda yerli və xarici narkotik taciri saxlanılıb - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Mərkəzi Cinayət Polis İdarəsinin, Tbilisi, Acarıstan, Sameqrelo-Zemo Svaneti və İmereti polis departamentlərinin əməkdaşları son dövrdə həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində narkotik cinayəti ittihamı ilə 22 nəfəri saxlayıblar.

Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Nazirliyin məlumatına görə, onlardan 12 nəfəri narkotik vasitələrin satışı ilə məşğul olub. Bildirilib ki, saxlanılanlar arasında Gürcüstan, Belarus, Ukrayna, İordaniya və Türkiyə vətəndaşları da var.

"Böyük və xüsusilə böyük miqdarda narkotik vasitələrin, həmçinin marixuananın qanunsuz satışı, satışa cəhd və satışa hazırlıq faktlarına görə aşağıdakı şəxslər saxlanılıb:

  • 1979-cu il təvəllüdlü V.K.,
  • 1997-ci il təvəllüdlü G.T.,
  • 2001-ci il təvəllüdlü A.Ğ.,
  • 1994-cü il təvəllüdlü D.S.,
    və əvvəllər məhkum olunmuş şəxslər:
  • 1966-cı il təvəllüdlü K.Ç.,
  • 1998-ci il təvəllüdlü Ş.A.,
  • 1998-ci il təvəllüdlü K.Ç.

Həmçinin xarici ölkə vətəndaşları:

  • 1994-cü il təvəllüdlü A.Ş.,
  • 1982-ci il təvəllüdlü Z.P.,
  • 2001-ci il təvəllüdlü O.S.,
  • 2000-ci il təvəllüdlü M.G.,
  • 1999-cu il təvəllüdlü İ.O.

Bundan əlavə, böyük və xüsusilə böyük miqdarda narkotik və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması və bu cəhdlərə görə saxlanılanlar:

  • 1989-cu il təvəllüdlü L.L.,
    və əvvəllər məhkum olunmuş şəxslər:
  • 1994-cü il təvəllüdlü A.Z.,
  • 1991-ci il təvəllüdlü N.G.,
  • 1980-ci il təvəllüdlü R.B.,
  • 1985-ci il təvəllüdlü A.V.

Həmçinin xarici ölkə vətəndaşları:

  • 1991-ci il təvəllüdlü G.S.,
  • 2004-cü il təvəllüdlü S.S.,
  • 1991-ci il təvəllüdlü A.G.,
  • 1997-ci il təvəllüdlü M.X.,
  • 1999-cu il təvəllüdlü O.F.

Cinayətlərə görə 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

Polis, narkotiklərin qanunsuz satışı ilə məşğul olan şəxslər barəsində məhkəmə qərarı əsasında bir neçə dəfə nəzarətli narkotik alışı həyata keçirib və bu alışı gizli audio-video olaraq qeydə alıb.

Hüquq-mühafizə orqanları narkotik cinayətləri ilə əlaqədar saxlanılan şəxslərin şəxsi və yaşayış yerlərində axtarış apararaq, həmçinin onların göstərdiyi yerlərdən müxtəlif növ, xüsusilə böyük miqdarda narkotik vasitələr, o cümlədən "heroin", "buprenorfin", "ekstazi", "subokson", "metadon", "amfetamin", "mefedron", "alfa-PVP" və "marixuana" aşkar edərək götürüblər.

İstintaq tədbirləri nəticəsində polis narkotik satışından əldə edildiyi ehtimal olunan pul vəsaitini, yapışqan lentləri və elektron tərəziləri maddi sübut kimi götürüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 18-260-cı, 19-260-cı, 261-ci, 18-273-cü prima, 19-273-cü prima və 273-cü prima maddələri ilə davam etdirilir", – məlumatda qeyd olunur.

ŞƏRH YAZ
0