Polşada Gürcüstanlılar arasında dava: 1 ölü, 3 yaralı - FOTOLAR
22.02.2025 23:51
2479
Kriminal
A
Polşada Gürcüstanlılar arasında dava: 1 ölü, 3 yaralı - FOTOLAR

Polşanın paytaxtı Varşavada 21 fevral gecə saatlarında bir qrup gürcüstanlılar arasında baş verən dava nəticəsində bir nəfər Gürcüstan vətəndaşı həlak olub.

Aktual.ge xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb.

Məlumata görə, 31 yaşlı Gürcüstan vətəndaşı Varşavanın Konstitusiya meydanı yaxınlığındakı restoranın qarşısında baş verən dava zamanı döş qəfəsindən bıçaq xəsarətləri alıb. Yaralını klinikaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb. 

Polşa mediasının məlumatına görə, dava zamanı daha üç Gürcüstan vətəndaşı yaralanıb. 

Davada ümumilikdə 8 nəfərin iştirak etdiyi bildirilir. Polşa polisi insidentlə bağlı üç Gürcüstan vətəndaşını saxlayıb.

Faktla bağkı istintaq davam edir. Mərhumun və saxlanılanların kimliyi məlum deyil.

ŞƏRH YAZ
18