Marneulidə avtomobilin vurduğu azyaşlının vəziyyəti ağır olaraq qalır 
23.02.2025 10:45
1384
Sağlamlıq
A
Marneulidə avtomobilin vurduğu azyaşlının vəziyyəti ağır olaraq qalır 

Marneuli Bələdiyyəsinin Əzizkənd kəndində 19 fevral tarixində sürücülük vəsiqəsi olmayan yeniyetmənin avtomobillə vurduğu 6 yaşlı piyada Yusif Əliyevin vəziyyəti ağır olaraq qalır.

Aktual.ge-nin məlumatına görə, azyaşlı hazırda Tbilisidəki İnqorovka klinikasının reanimasiya şöbəsində müalicə olunur.

Əldə edilən məlumata əsasən, onun vəziyyəti hələ də ağırdır. Azyaşlı ciddi beyin silkələnməsi və ağır travmalar alıb.

ŞƏRH YAZ
20