
Qoridə iki nəfərin bıçaqlanması ilə nəticələnən insident baş verib.
Aktual.ge xəbər verir ki, qanlı hadisə 23 fevral günün ikinci yarısında baş verib.
Yerli mənbələrin verdiyi məlumata görə, yaralılardan biri yetkinlik yaşına çatmamış şəxsdir.
Münaqişə Su qəsəbəsində baş verib və təxminən 10 gənc iştirak edib. Yerli sakinlərin məlumatına görə, hücum edənlər də yetkinlik yaşına çatmamış şəxslər olub. Onların kimliyi hələ polis tərəfindən müəyyənləşdirilməyib. Hadisə yerində hazırda istintaq aparılır.
Məlum olub ki, hər iki yaralı GorMed xəstəxanasına yerləşdirilib. Həkimlər onların vəziyyətini ağır qiymətləndirirlər.
Daxili İşlər Nazirliyi hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu maddəsi – qəsdən adam öldürməyə cəhd üzrə istintaqa başlayıb.
Hadisənin tam təfərrüarları bu mərhələdə məlum deyil.