26.02.2025 10:49
998
Hadisə
A
"Quriyada vəziyyət ağırdır, bir neçə kəndin hələ də xarici aləmlə əlaqəsi kəsilib, ərzaq problemi də mövcuddur"

Gürcüstanın Quriya bölgəsində bir neçə kəndin hələ də xarici aləmlə əlaqəsi kəsilib.

Aktual.ge xəbər verir ki, bu barədə Çoxatauri bələdiyyəsinin müxalifətçi deputatı Baço Axaladze bildirib.

Onun sözlərinə görə, sakinlər elektrik enerjisi ilə təmin olunmur və ərzaq qıtlığı problemi mövcuddur.

"Çoxatauri bələdiyyəsində vəziyyət hələ də ağırdır. Bir neçə kəndin yolu mərkəzə qədər təmizlənib. Lakin daxili kənd yolları heç bir yerdə təmizlənməyib. Dünən gecə qar örtüyü bir qədər də artdı, amma çox da deyil. Ən çətin vəziyyət Saçamiaseri, Kvemo Xeti, Zemo Xeti və Koxnari kəndlərindədir – bu kəndlər xarici aləmdən tamamilə təcrid olunub. Elektrik enerjisi yoxdur. Bir neçə tənha yaşlı insanın vəziyyəti barədə heç bir məlumatımız yoxdur, onların necə olduğunu da bilmirik. Bundan əlavə, ərzaq problemi də mövcuddur. Hakimiyyəti mövcud problemlərin tez bir zamanda həll olunması üçün tədbirlər görməyə çağırıram" , - deyə Baço Axaladze qeyd edib.

ŞƏRH YAZ
8