SOCAR Gürcüstanda güclü qar yağışı səbəbindən zərərçəkənlərə yardım edəcək
26.02.2025 13:50
615
Siyasət
A
SOCAR Gürcüstanda güclü qar yağışı səbəbindən zərərçəkənlərə yardım edəcək

SOCAR Georgia Petroleum, Gürcüstanda güclü qar yağışı nəticəsində yaranan çətinliklərə görə zərərçəkənlərə yardım edəcəyini açıqlayıb.

Aktual.ge xəbər verir ki, bu barədə şirkətin Facebook səhifəsində yazılıb.

"Gürcüstanda güclü qar yağışı səbəbindən zərərçəkənlərə yardım etmək məqsədilə SOCAR Georgia Petroleum təşəbbüs qruplarının yanında yer alır və Off-road Club Georgia-nı yanacaqla təmin edir. Bu klub qısa müddət ərzində bölgəyə yola düşəcək ki, zərərçəkmiş ailələrə həyati əhəmiyyət daşıyan yardımları çatdırsın.

Eyni zamanda, operativ reaksiyanın təmin olunması üçün aidiyyəti qurumlarla koordinasiyada məlumatları daim yeniləyirik.

Birlikdə daha sürətli və effektiv şəkildə ən çox ehtiyacı olan insanlara kömək edəcəyik.

Bundan əlavə, bildiririk ki, təbii fəlakət səbəbindən bəzi bölgələrə təbii qazın verilməsi dayandırılıb. SOCAR Georgia Gas-ın bütün komandası problemi tez bir zamanda həll etmək üçün 24 saat ərzində fasiləsiz işləyir.

Xahiş edirik, ehtiyatlı olun, bağlı vəziyyətdə qaz kranlarını və cihazlarını söndürün və şirkətin SMS bildirişini gözləyin" - SOCAR Georgia Petroleum yazıb.

ŞƏRH YAZ
10