Polis 2 nəfəri saxlayıb
05.03.2025 01:05
685
Kriminal
A
Polis 2 nəfəri saxlayıb

Polis paytaxt Tbilisinin Ninoşvili küçəsində istintaq tədbirləri zamanı iki nəfəri saxlayıb.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, nazirlik əməkdaşları cinayət işlərindən biri çərçivəsində məhkəmə qərarı əsasında Ninoşvili küçəsində istintaq tədbiri həyata keçiriblər. Bu zaman iki vətəndaş hüquq-mühafizə orqanlarının nümayəndələrinə tabe olmaqdan imtina edib.

Nazirlik bildirir ki, həmin şəxslər istintaq tədbirindən yayınmaq məqsədilə qaçmağa cəhd ediblər, avtomobillə iki polis əməkdaşına çırpılaraq onlara xəsarət yetiriblər. Bundan sonra polis xəbərdarlıq atəşi açıb. 

Hüquq-mühafizə orqanları tərəfindən iki nəfər saxlanılıb.

İstintaq Cinayət Məcəlləsinin 353-cü maddəsi üzrə aparılır.

ŞƏRH YAZ
3