Qızılhacılıda iftar süfrəsi açılıb - FOTO
06.03.2025 01:08
663
Din
A
Qızılhacılıda iftar süfrəsi açılıb - FOTO

Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndindəki İmam Həsən (ə) məscidinin təşkilatçılığı və bir xeyirsevər möminin maddi dəstəyi ilə 200 nəfərlik iftar süfrəsi açılıb. 

Aktual.ge məlumat verir ki, iftar məclisi İran İslam Respublikasından gəlmiş Quran qarisi, Cənab Dr. Hüseyn Cəfərinin müqəddəs Qurani-Kərimdən ayələr tilavət etməsi ilə başlayıb. 

Daha sonra din xadimi Hacı Qurban Murquzov məclis iştirakçılarını salamlayaraq, Ramazan ayının hikmət və bərəkətindən, orucun mənəvi dərinliyindən bəhs edib və bu, müstəsna ibadətin insana qazandırdığı ilahi dəyərlərdən danışıb.

Məclisə yerli inanclılarla yanaşı, ətraf bölgələrdən də din xadimləri iştirak edib.

ŞƏRH YAZ
0