
Suriyada devrilmiş Əsəd rejiminin tərəfdarları, əsasən Lazkiyə olmaqla, sahil bölgələrində təhlükəsizlik qüvvələrinə hücumlar təşkil edib.
Aktual.ge xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.
Məlumata əsasən, toqquşmalarda çox sayda ordu heyəti həyatını itirərkən, Müdafiə naziri Murhef Əbu Qəsrə bütün hərbi birliklərin döyüş bölgələrinə getməsi barədə göstəriş verib. Tartus və Homsda isə komendant saatı elan edilib.
Murhef Əbu Qəsrə bütün hərbi birliklərə döyüş bölgələrinə hərəkət etmələri, ümumi vəziyyəti nəzarət altına almaları və mülki vətəndaşlarla dövlət qurumlarını qorumaq barədə göstəriş verib. Döyüş bölgələrinə zirehli texnikanın da daxil olduğu əlavə qüvvələr göndərilib.
Suriyanın rəsmi xəbər agentliyi SANA, Bəşər Əsəd tərəfdarlarının Lazkiyənin Beyt Ana kəndində təhlükəsizlik qüvvələrinə hücum etdiyini və hücumda bir təhlükəsizlik əməkdaşının öldüyünü bildirib. Xəbərdə ölü və yaralıları xəstəxanaya çatdırmaq üçün hadisə yerinə hərəkət edən təcili yardım maşınının da hədəfə alındığı qeyd olunub. Hələ də bölgədə vəziyyətin gərgin olduğu bildirilib
Digər tərəfdən, Tartus vilayətində gecə saat 22:00-dən səhər 10:00-a qədər komendant saatı tətbiq edilib. Bu gecədən cümə səhərinə kimi Homsda da komendant saatı elan edilib.Təhlükəsizlik qüvvələrini pusquya salan qruplardan biri kimi tanınan və özünü devrilmiş rejiminə komandanı kimi təqdim edən Qayyas Delle hazırkı rəhbərliyi devirmək üçün hərbi şura qurduqlarını açıqlayıb.