
Kateqoriyalar
Ermənistanda, Gürcüstan sərhədindən 24 kilometr məsafədə zəlzələ baş verib.
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Seysmik Monitorinq Mərkəzinin rəhbəri Tea Godoladze məlumat verib.
Onun verdiyi məlumata əsasən, zəlzələnin maqnitudası 5.1 bal gücündə olub.
"Ermənistanda zəlzələ baş verib, maqnitudası 5.1 gücündə. Zəlzələ Gürcüstan sərhədindən 24 kilometr məsafədə, Dmanisinin cənubunda olub.
Episentri təxminən Spitak yaxınlığında, Pan-Baxsevan qırılması zonasında yerləşir. Bu, ilkin məlumatdır" , - deyə Tea Godoladze bildirib.