Suriyada təhlükə böyüyür: Ölü sayısı pikə yüksəldi
08.03.2025 18:08
1221
Dünya
A
Suriyada təhlükə böyüyür: Ölü sayısı pikə yüksəldi

Suriyada ordu birlikləri ilə devrilmiş Əsəd rejimi tərəfdarları arasında baş verən toqquşmalarda ölənlərin sayı artıb.

Aktual.ge xəbər verir ki, bu məlumat Suriya İnsan Haqları Müşahidə Mərkəzinin yayimladığı icmalda öz əksini tapıb.

Tərəflər arasında baş verən toqquşmalarda təhlükəsizlik qüvvələri və onlara bağlı qrupların 311 nəfəri öldürdüyünü açıqlayıb. Regional mənbələr isə 213 təhlükəsizlik əməkdaşının toqquşmalarda həlak olduğunu bildirərək, ümumi ölənlərin sayının 524-ə yüksəldiyini bildirib.

Suriya Prezidenti Əhməd Şara, "köhnə rejimin qalıqları" adlandırdığı qrupları dərhal silahlarını yerə qoymağa çağıraraq, əks halda bunun üçün çox gec olacağı barədə xəbərdarlıq edib: "Bəzi devrilmiş rejim qalıqları yeni Suriyanı sınaqdan keçirməyə cəhd etdilər, lakin onlar (yeni Suriyanı) tanımırlar. Bizə qarşı edilən xəyanətə baxmayaraq, dövlət daxili sülhün təminatçısı olmağa davam edəcək. Ordumuzu mülki vətəndaşları qorumaq öhdəliyinə görə təbrik edirəm. Mülki vətəndaşlara zərər verən hər kəs ağır nəticələrlə üzləşəcək".

Xatırladaq ki, 6 fevral tarixindən Suriyada devrilmiş Bəşər Əsəd rejiminin tərəfdarları ilə mövcud hökumət qüvvələri arasında gərginlik yaşanıb. Xüsusilə Lazkiyə, Tartus və Homs bölgələrində təhlükəsizlik qüvvələrinə qarşı silahlı hücumlar baş verib. Müdafiə Nazirliyi vəziyyətə nəzarət etmək üçün ordu birliklərini döyüş bölgələrinə yönləndirib və əlavə qüvvələr göndərib. Bundan əlavə, özünü devrilmiş rejimin komandanı kimi təqdim edən Qayyas Delle hazırkı rəhbərliyi devirmək üçün hərbi şura qurduqlarını açıqlayıb.

ŞƏRH YAZ
9