
Kateqoriyalar
2025-ci ilin fevral ayında, əvvəlki ilin eyni dövrü ilə müqayisədə, 958 əyarlı qızıl nişan üzüyünün qiyməti 33% bahalaşıb.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidmətinin hesabatında qeyd olunub.
Belə ki, dünya birjalarında qızılın rekord səviyyədə bahalaşması fonunda dəyərli metalın qiyməti Gürcüstanda da artıb.
Hazırda dünya birjalarında bir unsiya qızılın qiyməti 2 min 911 dollara bərabərdir. "Gold Prices"in 9 mart tarixli məlumatına əsasən, qızılın qiyməti illik olaraq 34% bahalaşıb, təkcə bir ay ərzində 2.4%-lik qiymət artımı qeydə alınıb, son beş ildə isə dünyada qızıl 74% bahalaşıb.