
Kateqoriyalar
Suriyanın Latakiya, Tartus və Homs əyalətlərində keçid hökumət qüvvələri ilə üsyançılar arasında hərbi əməliyyatlar nəticəsində 830 mülki vətəndaş ölüb.
Aktual.ge xəbər verir ki, bu barədə İraqın “Shafaq news” xəbər portalı məlumat yayıb.
Qeyd olunub ki, keçid hökumət qüvvələri sahilyanı ərazilərə nəzarəti bərpa edib və dağlarda keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarlarını təqib edir.
İranın "Tasnim" xəbər agentliyi isə Suriyanın sahilyanı bölgəsində ələvilərin qətlə yetirildiyini yazıb.
Martın 6-dan bəri davam edən əməliyyat zamanı 250-dən çox üsyançı öldürülüb. Suriya hökumət qüvvələri usə 231 döyüşçüsünü itirib.