10.03.2025 16:27
878
İqtisadiyyat
A
"Aktual.ge"nin məlumatına görə, Marneulidə bütün növ çörəklərin qiyməti bahalaşacaq

Marneulidə istehsal olunan məşhur "Baton" çörəyi və digər bütün çörək növlərinin qiyməti 10 tetri bahalaşacaq.

Aktual.ge-nin əldə etdiyi məlumata görə, artıq çörək sexləri öz aralarında razılığa gəlib və eyni zamanda qiymət artımını yerli və regional rəhbərliklə razılaşdırmağa çalışırlar.

Məlumata əsasən, çörəkçilər unun qiymətinin artmasını səbəb göstərərək çörəyin qiymətini artırırlar.

Qeyd edək ki, hazırda Marneulidə gündəlik təxminən 30 min ədəd istehsal olunan 300 qramlıq "Baton" çörəyinin qiyməti 60 tetri təşkil edir. Digər növ çörəklərin qiyməti çəkisindən asılı olaraq 2 lariyə qədər dəyişir. Bundan əlavə, qara çörəyin də qiymətinin artacağı gözlənilir.

Bundan əlavə, Gürcüstan Çörək Sənayeçiləri İttifaqının sədri Malxaz Dolidze BPN-ə açıqlamasında bildirib ki, qiymət dəyişikliyinin səbəbi dünya bazarlarında buğdanın bahalaşması və qablaşdırma materiallarının qiymətinin artması ola bilər.

ŞƏRH YAZ
24