
Kateqoriyalar
Dünyanın ən bahalı çörəyi 3,75 dollarla İslandiyada, ən ucuzu isə 15 sent olan Əlcəzairədə satılır.
Aktual.ge xəbər verir ki, bununla bağlı beynəlxalq "Numbeo" platforması məlumat yayıb.
Belə ki, yenilənmiş statistik məlumatlar 127 ölkədə çörəyin qiymətlərinin təhlilinə əsaslanır.
Eyni statistikaya görə, Gürcüstan 111-ci yerdədir, burada 500 qramlıq çörəyin orta hesabla 56 sentə başa gəldiyini göstərən məlumatlar öz əksini tapıb.
Qeyd olunur ki, Gürcüstanın qonşu ölkələri arasında çörəyin ən bahalısı Türkiyədə, ən ucuzu isə Azərbaycandadır.
Daha dəqiq desək, qonşu ölkələrdə çörəyin orta qiyməti belə görünür:
Türkiyə - 95 sent;
Ermənistan - 81 sent;
Rusiya - 55 sent;
Azərbaycan - 43 sent.