
Gürcüstanın Ədliyyə naziri Anri Oxanaşvilinin qərarına əsasən, Gürcüstan vətəndaşının şəxsiyyət vəsiqəsinin, eləcə də müvəqqəti və daimi yaşayış icazəsi sənədlərinin, müvəqqəti elektron identifikasiya vəsiqəsinin dizaynı dəyişdiriləcək.
Aktual.ge xəbər verir ki, bu Ədliyyə nazirinin 10 mart tarixli sərəncamında qeyd olunub.
Sənəddə bildirildiyinə görə, bu sərəncam 4 iyun 2025-ci ildən qüvvəyə minəcək. Yeni sərəncamdan əvvəl verilmiş yuxarıda qeyd olunan köhnə vəsiqələr isə qanunvericilikdə müəyyən edilmiş müddətə qədər etibarlı qalacaq.
Bununla yanaşı, nazirin sərəncamında göstərilir ki, vəsiqə üzərində Gürcüstanın dövlət gerbi tam şəkildə, tək rəngdə, eləcə də Gürcüstanın dövlət bayrağı əks olunacaq.
“Vəsiqənin fon təsvirindəki çap elementləri elə yerləşdirilməlidir ki, fon təsvirinin saxta yollarla dəyişdirilməsi (məsələn, kiçik hissələrə ayrılması) çətin olsun və saxtakarlıqlar asanlıqla aşkar edilsin" , - qeyd edilib.
Vəsiqədə aşağıdakı məlumatlar yer alacaq:
Bu məlumatlar Gürcüstanın Ədliyyə Nazirinin əmrinə əsasən tənzimlənəcək.