
Kateqoriyalar
Tbilisinin Metexi körpüsündən bir avtomobil Kür çayına düşüb.
Aktual.ge xəbər verir ki, Fövqəladə Halların İdarəolunması Xidmətindən bildirilib ki, xilasedicilər sürücünü sağ çıxarıblar.
Qeyd olunub ki, hazırda avtomobilin sudan çıxarılması üçün müvafiq prosedurlar həyata keçirilir.
Xatırladaq ki, 4 mart tarixində sürətlə hərəkət edən minik avtomobil də Metexi körpüsündən Kür çayına düşmüşdü.