Saakaşvili 9 il müddətinə azadlıqdan məhrum edilib - VIDEO
12.03.2025 10:56
646
Siyasət
A
Saakaşvili 9 il müddətinə azadlıqdan məhrum edilib - VIDEO

Dövlət büdcə vəsaitlərinin mənimsənilməsi işi üzrə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilini 9 il müddətinə azadlıqdan məhrum edilib.

Aktual.ge xəbər verir ki, qərarı Tbilisi Şəhər Məhkəməsi verib.

Eyni iş üzrə Dövlət Təhlükəsizlik Xidməti (DTSX) keçmiş rəhbəri Teimuraz Canaşiyaya isə 300 min lari (GEL) məbləğində cərimə cəzası tətbiq olunub.

Prokurorluq Saakaşvili və Canaşiyanı dövlət büdcəsindən 9 milyon lari həcmində vəsaiti qrup şəklində mənimsəməkdə ittiham edirdi.

Məhkəmə iclasında nə Mixail Saakaşvili, nə də Teimuraz Canaşiya iştirak edib. Hakimin sözlərinə görə, Penitensiar Xidmət məhkəməyə sənəd təqdim edib ki, Saakaşvili iclasa məsafədən qoşulmaqdan imtina edib və səhhətinin yaxşılaşmasına qədər prosesin təxirə salınmasını istəyib.

Qeyd edək ki, hər iki şəxs onlara qarşı irəli sürülən ittihamları qəbul etmir və özlərini günahsız hesab edirlər.

ŞƏRH YAZ
23