Yel çərşənbəsi – Novruzun üçüncü müjdəçisidir. Bu çərşənbə yazın nəfəsini, təbiətin canlanmasını simvolizə edir. Bu çərşənbə xalq arasında “Külək çərşənbəsi” və ya “Yelli çərşənbə” kimi də tanınır.
Aktual.ge xəbər verir ki, bu bayramda da atribut və ənənələr, milli yeməklər öz əksini tapır. Süfrənin bəzəyi, əlbəttə ki, bayram plovudur, özü də plovun əsas növlərindən biri olan şah plov. Plov Azərbaycan mətbəxinin tacı sayılır və onun 200-dən çox növü var.
Milli bayramımız olan Novruzun əlamətlərindən biri də səmənidir. Səməni bolluq-bərəkət rəmzi kimi xalqımızın düşüncəsində mühüm yer tutur. O, təbiətin oyanışını və yazın gəlişini özündə təcəssüm etdirir. Səməninin il təhvil olunanda bayram süfrəsinə qoyulması təbiətin canlanmasından xəbər verir.
Novruzda hər ocaqda nəsildən-nəslə ötürülən reseptlərə uyğun olaraq, Milli şirniyyatlar bişirilir. Paxlava, şəkərbura və qoğal Novruzun simvolu kimi süfrəyə gətirilir.
Xalqımızın qonaq qarşılarkən süfrəyə ilk olaraq təzə dəmlənmiş çay təqdim etməsi milli adət-ənənəmizə çevrilib. Xüsusilə, bu çay samovarda dəmlənibsə, dadı əvəzolunmaz olur.
Novruz bayramında tonqal qalayaraq böyükdən-kiçiyə ətrafına yığılmaq, onun üzərindən tullanmaq Azərbaycan xalqının qədim el adətidir.
Aktual.ge ətraflı süjeti təqdim edir