
"Müxalifətə yerli özünüidarəetmə seçkilərində iştirak etmək yəqin ki, çətin olacaq, çünki bu vaxta qədər hakimiyyətin, baş nazirin və prezidentin qeyri-legitim olduğunu iddia edirdilər və indi isə prezident Kavelaşvili və baş nazir İrakli Kobaxidze tərəfindən təyin edilən yerli seçkilərdə iştirak etməlidirlər".
Aktual.ge xəbər verir ki, bunları Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, "Gürcü Arzusu" partiyası ölkənin bütün 64 bələdiyyəsində həm mer, həm də bələdiyyə seçkilərində böyük üstünlüklə qalib gələcək.
"Müxalifət daha əvvəl də belə bir şey etmişdi – imza toplayaraq parlamentə daxil olmayacaqlarını bəyan etmişdilər, lakin sonda girdilər. Dörd il əvvəl baş verən hadisələri xatırlayıram. İndi də deyirlər ki, yerli seçkilərdə iştirak etməyəcəklər, bunu artıq elan ediblər. Onlara nə əmr olunursa, onu da edəcəklər. Amma bəlkə də onlar üçün müəyyən qırmızı xətlər var. Bu qədər müddət prezidentin və baş nazirin qeyri-legitim olduğunu iddia edib, sonra da onların təyin etdiyi seçkilərdə iştirak etmək hətta onlar üçün də çətin ola bilər – prinsipialsızlıqlarına baxmayaraq. Biz 64 bələdiyyənin hamısında həm mer, həm də bələdiyyə seçkilərində qalib gəlməyi planlaşdırırıq və indidən tam əminliklə və özümüzə güvənərək deyə bilərəm ki, biz hər bir bələdiyyədə böyük üstünlüklə qalib gələcəyik" , - deyə İrakli Kobaxidze "İmedi"nin efirində qonaq olarkən söyləyib.