
Zorakılıq və hədələmə faktı üzrə Kriminal Polis detektivini həbs edilib.
Aktualge xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidməti məlumat yayıb.
Məlumata görə, təqsirləndirilən N.N., həyat yoldaşı ilə birgə yaşadığı dövrdə ona dəfələrlə fiziki zorakılıq edib və hədələyib.
"2024-cü ilin yazında, Surami kəndində, təqsirləndirilən həyat yoldaşı ilə mübahisə zamanı onu öldürməklə hədələyib, alnına silah tutub və zərərçəkmişə fiziki zorakılıq tətbiq edib. Hüquq-mühafizə orqanı əməkdaşı həyat yoldaşına qarşı zorakılığı və hədələməni davam etdirib.
Xüsusi İstintaq Xidməti, istintaqa zərərçəkmiş qadının müraciəti əsasında başlayıb. Zərərçəkmiş və onun ailə üzvləri dindirilib, elektron məlumatlar əldə olunub və cinayətdə təqsirkarı sübut edən dəlillər toplanıb.
Lazımi dəlillərin əldə olunmasından sonra, məhkəmə qərarına əsasən, Xüsusi İstintaq Xidmətinin əməkdaşları Cinayət Polisinin detektivini həbs ediblər.
Prokurorluğun qərarına əsasən, hüquq-mühafizə orqanı əməkdaşına Gürcüstan Cinayət Məcəlləsinin 126-cı (prima) maddəsinin birinci bəndi, eyni maddənin ikinci bəndinin „b“ altbəndi və 151-ci (prima) maddəsinin ikinci bəndinin „d“ altbəndi ilə ittiham irəli sürülüb.
Xüsusi İstintaq Xidməti iş üzrə istintaqı davam etdirir", - deyə məlumatda qeyd olunub.