“Yaxın aylarda qiymətlərin artması gözlənilir” 
14.03.2025 02:18
554
İqtisadiyyat
A
“Yaxın aylarda qiymətlərin artması gözlənilir” 

"Yaxın aylarda qiymətlərin artması gözlənilir".

Aktual.ge xəbər verir ki, bu barədə "Cəmiyyət və Banklar" təşkilatının yaydığı açıqlamada bildirilir.

Məlumata görə, ölkədə mövcud vəziyyət səbəbindən vətəndaşların gəlirlərinin azalacağı gözlənilir ki, bu da onların iqtisadi durumunu daha da pisləşdirəcək.

"Ölkədə yaranmış vəziyyətə əsasən, qarşıdakı aylarda qiymətlərin artması və gəlirlərin azalması gözlənilir ki, bu da əhalinin iqtisadi vəziyyətinə ciddi təsir göstərəcək. Birbaşa xarici investisiyalar illik 30% azalaraq 2024-cü il üçün 1,334 milyon ABŞ dollarına düşüb və gələcək dövrdə də azalmanın davam edəcəyi proqnozlaşdırılır. Eyni zamanda, xarici valyuta axınının digər mənbələri (qrantlar və proqramlar) da azalır, bu da son dövrlərdə lari məzənnəsinin dalğalanmasına və dəyərsizləşmə gözləntilərinin yaranmasına səbəb olub. Turizm sektorunda da problemlər müşahidə olunur" , - deyə hesabatda qeyd edilib.

Bundan əlavə, "Cəmiyyət və Banklar" təşkilatı bildirir ki, yaranmış vəziyyət fonunda vətəndaşların alıcılıq qabiliyyəti və tələbat azalacaq.

"Digər tərəfdən, iqtisadi aktivliyin azalması səbəbindən əhalinin alıcılıq qabiliyyətinin zəifləyəcəyi və ümumi tələbin aşağı düşəcəyi gözlənilir. Buna görə də, mövcud xarici və daxili problemlər fonunda milli bankın yenidən maliyyələşdirmə faiz dərəcəsini 8% səviyyəsində sabit saxlaması məntiqli addım idi, çünki hazırkı şəraitdə monetar siyasətin yumşaldılması üçün potensial mövcud deyil", - qeyd olunub.

Xatırladaq ki, bu gün Monetar Siyasət Komitəsi yenidən maliyyələşdirmə faiz dərəcəsini dəyişməyərək 8% səviyyəsində saxlayıb. 1 fevral tarixinə olan məlumata görə, dəyişkən faiz dərəcəsi ilə 189 820 kredit verilib ki, bu da həmin kreditlər üzrə aylıq ödənişlərin dəyişməyəcəyi anlamına gəlir.

ŞƏRH YAZ
11