Zelenski: Ramazan ayında sülhə doğru real imkan yarana bilər
14.03.2025 02:34
316
Dünya
A
Zelenski: Ramazan ayında sülhə doğru real imkan yarana bilər

"Biz Ukraynada yeni ənənəmizi – iftar ənənəsini davam etdiririk. Bu, Ukrayna müsəlman icmasına, Ramazan ayını qeyd edən bütün insanlara hörmətimizin və minnətdarlığımızın ifadəsidir".

Aktual.ge xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin müsəlman icmasına verdiyi iftar mərasimindən əvvəl çıxışında söyləyib.

"Bu il diplomatik səylərimiz, tərəfdaşlarımızın sülhü yaxınlaşdırmaq səyləri Ramazan ayı ilə üst-üstə düşüb. Ukrayna və Amerika diplomatları arasında son dərəcə uğurlu görüş baş tutub – xüsusilə də, bu görüş üçün platforma təmin edən müsəlman ölkəsində.

Əgər ABŞ-ın Rusiya üzərindəki təzyiqi kifayət qədər güclü olarsa, Ramazan ayında sülhə doğru ciddi diplomatik addımlar atmağa, müharibəni həqiqətən dayandırmaq və təhlükəsizliyi təmin etmək üçün bir plan hazırlamağa real imkan yarana bilər. 

Biz Ukraynada ümid edirik ki, bu beynəlxalq səylər uğur qazanacaq və səmada, dənizdə və cəbhə xəttində sakitlik sülhün daha da yaxınlaşmasına kömək edəcək. Bizə dəstək olan bütün tərəfdaşlarımıza minnətdarıq" , - qeyd edən Zelenski Ukrayna Ordusunun bir sıra müsəlman hərbiçilərini təltif edib.

ŞƏRH YAZ
2