
"Vahid Milli Hərəkat" partiyasının mərkəzi ofisi satılıb.
Aktual.ge xəbər verir ki, bu barədə qərar Ədliyyə Nazirliyinə bağlı reyestr tərəfindən dünən təsdiq edilib.
Partiya ofisin sahibinin dəyişdirilməsi ilə bağlı açıq reyestrə 11 martda müraciət edib. Məlumatda bildirilir ki, ofisin alınmasına "Ev Distribution" MMC maraq göstərib.
Reyestrin 13 mart tarixli qərarına əsasən, "Vahid Milli Hərəkat"ın mərkəzi ofisinin sahibi Tamaz Tsopuraşvili olub. O, "Ev Distribution" şirkətinin 100% pay sahibi hesab olunur. Qeyd edək ki, həmin şirkətdə direktor vəzifəsini "Vahid Milli Hərəkat"ın üzvü Davit Kirkitadze icra edir.
Məlumat üçün bildirək ki, VMH-nin mərkəzi ofisi Tbilisidə, Kaxeti şosesi N45a ünvanında yerləşir. Ofisin torpaq sahəsi 4000 kv. metr, bina və tikilinin ümumi sahəsi isə 2406 kv. metr təşkil edir.
Reyestr məlumatlarına görə, Tamaz Tsopuraşvili eyni zamanda "Qarxnis Mtskhoveli" MMC-nin ortağıdır. O, həmçinin Tbilisi Gürcü Güləşi Klubu Kula Qldanelinin, Mtsxeta-Mtianeti regionunun cüdo federasiyasının təsisçisidir və "GIP Sis" MMC-nin direktoru vəzifəsini tutur.