Azərbaycan tərəfindən Rustavidə iftar mərasimi təşkil olunub - FOTO
17.03.2025 06:29
705
Mədəniyyət
A
Azərbaycan tərəfindən Rustavidə iftar mərasimi təşkil olunub - FOTO

Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşəbbüsü ilə Rustavi şəhərində iftar mərasimi təşkil edilib.

Aktual.ge xəbər verir ki, mərasimdə Azərbaycanın Gürcüstandaki səfiri Faiq Quliyev və səfirliyin əməkdaşları, GMİ-nin şeyxi Hacı Faiq Nəbiyev, şərqi-Gürcüstan müftisi Etibar Eminov, DQİDK-in sədri Ramin Məmmədov, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamemtlərarası işçi qrupunun rəhbəri Arzu Nağıyev, Rustavi meri Nino Latsabidze, Parlamentin deputatı Savalan Mirzəyev və digər rəsmi şəxslər, yerli icma üzvləri, din xadimləri iştirak ediblər.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında qeyd edib ki, bu iftar məclisi xüsusi əhəmiyyət kəsb edir və sevindirici bir hadisədir. Belə tədbirlər, həmrəylik, qardaşlıq və birliyimizi bir daha vurğulamağa imkan verir. 

Faiq Quliyev həmçinin, Gürcüstanda yeni məscidlərin inşasına başlanıldığını və dini xadimlərlə əməkdaşlığın dərinləşdirildiyini vurğulayıb. Diplomat, bu inkişafların Gürcüstan dövlətinin azərbaycanlılara verdiyi dəyərin göstəricisi olduğunu qeyd edib.

DQİDK-in sədri Azərbaycan və Gürcüstan bayraqlarının bir arada dalğalanmasının iki ölkə arasındakı dostluğun simvolu olduğunu qeyd edib. O, Azərbaycan-Gürcüstan münasibətlərinin strateji əhəmiyyətini vurğulayaraq, xalqların birliyinin hər iki dövlətin inkişafına müsbət təsir etdiyini vurğulayıb.

Gürcüstan Parlamentin deputatı İrakli Şatakişvili deyib ki, Azərbaycan bayrağı, müsəlman dünyasının rəmzi olan yarım ay və ulduzu üzərində daşıyır. Gürcüstan bayrağı isə xristian dünyasının rəmzi olan xaçı üzərində daşıyır. Bu bayraqların birgə durması birliyimizin göstəricisidir.

Rustavi şəhərinin meri Nino Latsabidze bildirib ki, ramazan ayı həm fiziki, həm də mənəvi təmizlənmə və dinclik gətirir. Bu, insanın ruhunu təmizləyərək həm özünə, həm də cəmiyyətə fayda təmin edir.

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri, Azərbaycan-Gürcüstan Parlamentlərarası Əlaqələr İşçi Qrupunun rəhbəri Arzu Nağıyev iki ölkə arasındakı əlaqələrin hər gün daha da gücləndiyini qeyd edib.

Sonda Azərbaycanın və Gürcüstanın rifahı və sülhü üçün dualar edilib.

ŞƏRH YAZ
2