
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) Prezident Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidzeyə Novruz Bayramı münasibətilə Marneulidə anlamlı plaketlər hədiyyə edib.
Aktual.ge xəbər verir ki, bu gün Marneuli Meriyası tərəfindən təşkil olunan Novruz Bayramı tədbirində iştirak edən Prezident Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze GAİM guşəsinə yaxınlaşıb.
Burada GAİM-in icraçı direktoru Murad Muradov ölkə rəhbərliyinə mərkəzin fəaliyyəti, təşkil olunan kurslar və digər layihələr barədə məlumat verib. Daha sonra o, GAİM-in “Robotexnika” klubunun 3D printerlə hazırladığı, üzərində Marneulinin gerbi əks olunan plaketləri Mixeil Kavelaşvili və İrakli Kobaxidzeyə təqdim edib.
Bundan əlavə, o, Parlament Sədri Şalva Papuaşviliyə GAİM-in rəsm klubunun üzvləri tərəfindən çəkilmiş rəsm əsərini hədiyyə edib.