Seyid Mirtəqi Əsədov və Mirismayıl Əsədova ağır itki
21.03.2025 19:17
2081
Mədəniyyət
A
Seyid Mirtəqi Əsədov və Mirismayıl Əsədova ağır itki

Dəyərli rühani seyid qardaşlar – Mirtəqi Əsədov və Dr.Mirİsmayıl Əsədovun anası Sevda Səməndərova bu gün günün ikinci yarısında vəfat edib.

Bu barədə məlumatı Aktual.ge xəbər portalına Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin (ÜGMADİ) sədri Seyid Mirtəqi Əsədov da təsdiq edib.

O, bildirib ki, dəfn mərasimi 23 mart tarixində Marneulinin Dəmiyə Qorarxı kəndində baş tutacaq.

21 mart axşam saatlarında haqqın rəhmətinə qovuşan Sevda Səməndərova uzun müddət müəyyən xəstəlikdən əziyyət çəkirdi.

Məlumat üçün bildirək ki, 64 yaşlı Sevda Səməndərova, Marneuli Bələdiyyəsinin Dəmiyə Qorarxı kənd sakini, mərhum Seyid Mirhüseyin Əsədovun həyat yoldaşı idi. O, uzun illər Dəmiyə Qorarxı ictimai məktəbində Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edirdi.

Biz də "Aktual Media" olaraq mərhuməyə Allahdan rəhmət diləyir, yaxınlarına və övladlarına dərin hüznlə başsağlığı veririk.

ŞƏRH YAZ
12