
Kateqoriyalar
Bu gün, 23 mart tarixində Qardabani şəhərində yerləşən Mədəniyyət Evində, "Aktual Media" tərəfindən ərsəyə gətirilən "Novella" bədii-sənədli filminin qala gecəsi keçiriləcək.
Aktual.ge xəbər verir ki, bu barədə "Aktual Media" məlumat yayıb.
Bildirilib ki, Gürcüstanda uğur qazanan azərbaycanlı gənclər haqqında çəkilmiş "Novella" bədii-sənədli filmi 23 mart saat 15:00-da Qardabani Mədəniyyət Evində tamaşaçılara təqdim olunacaq.
Tədbirə giriş sərbəstdir və hər kəs iştirak edə bilər.
Qeyd edək ki, daha əvvəl filmin müəllifi və baş prodüseri İlkin Hüseynov, "Novella" filminin Gürcüstan üzrə turuna başlayacaqlarını açıqlamışdı.
Xatırladaq ki, 28 fevral 2025-cü il tarixində filmin ilk qala gecəsi Marneuli Mədəniyyət Evində anşlaqla keçirilmişdi.