
Kateqoriyalar
Təxminən bir ay əvvəl Marneuli Bələdiyyəsinin Əzizkənd kəndində yol qəzası nəticəsində ağır xəsarət alan 6 yaşlı uşaq həyatını itirib.
Aktual.ge xəbər verir ki, sürücülük vəsiqəsi olmayan 17 yaşlı yeniyetmə yüksək sürətlə hərəkət edərkən qəza törədib və 6 yaşlı uşağı vurub.
Ağır bədən xəsarətləri alan azyaşlı dərhal Tbilisidəki klinikalardan birinə yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Azyaşlı bu gün, bir aydır müayinə olunduğu xəstəxanada dünyasını dəyişib.