
Kənd təsərrüfatı sahələrində bitki qalıqlarının yandırılması təhlükəli və cəzalandırılan bir hərəkətdir.
Aktual.ge xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitin Nəzarəti Departamenti tərəfindən xəbərdarlıq edilib.
Qurumun yaydığı məlumata görə, statistika göstərir ki, fermerlərin məsuliyyətsiz davranışı nəticəsində təsərrüfat sahələrində bitki qalıqlarının yandırılması onlarla hektar əkin sahəsinin yanmasına və onlarla kilometr küləkdən qoruyucu zolağın məhv olmasına səbəb olub.
“Təəssüf ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, fermerlər yaz əkin işlərinə başladıqda hələ də bu zərərli təcrübədən istifadə edirlər. Bu, küləkdən qoruyucu zolaqlara və ətraf infrastruktur obyektlərinə təhlükə yaradır; torpağın xüsusiyyətlərini pisləşdirir, məhsuldarlığın azalmasına və nəticədə torpağın deqradasiyasına səbəb olur. Fermerlər tərəfindən törədilən süni yanğınlar ətraf mühitə, biomüxtəlifliyə ciddi ziyan vurur və səhralaşmanı sürətləndirir.
Buna görə də, kənd təsərrüfatı sahələrində bitki qalıqlarının yandırılması qanunla qadağan olunmuş bir əməl hesab olunur. Hüquq pozuntusunun dərəcəsindən asılı olaraq, 500-dən 1300 lariyə qədər cərimə tətbiq edilir və əlavə olaraq ətraf mühitə vurulan ziyanın məbləği də ödənilməlidir. Statistik məlumatlar göstərir ki, fermerlərin məsuliyyətsiz davranışı nəticəsində təsərrüfat sahələrində törədilən yanğınlar onlarla hektar əkin sahəsinin məhv olmasına və küləkdən qoruyucu zolaqların sıradan çıxmasına səbəb olub. Ətraf Mühitin Nəzarəti Departamentinin əməkdaşları belə halların baş vermə ehtimalı olan ərazilərə ciddi nəzarət edəcəklər. Qanun pozuntusu aşkarlandığı halda, qanunvericiliyə uyğun tədbirlər görüləcək” , - deyə məlumatda bildirilir.