
Kateqoriyalar
"Energo Pro Georgia" şirkəti tərəfindən həyata keçirilən elektrik şəbəkəsinin planlı bərpa işlərinə görə, 24 Mart tarixində Marneuli bələdiyyəsində elektrik enerjisinin verilməsində fasilələr yaranacaq.
Aktual.ge xəbər verir ki, bu barədə “Energo-Pro Georgia” məlumat yayıb.
Məlumata görə, sabah saat 11:00-dan 16:00-a kimi Marneuli bələdiyyəsinin Qaçağan, Ağməmmədli, Təkəli, Kirəç-Muğanlı, Xancığazlı, Axılmahmudlu,Araflı Qasımlı və Şulaveri kəndlərində elektrik enerjisinin verilməsi müvəqqəti olaraq dayandırılacaq.
Bərpa işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq və həmişəki rejimdə veriləcək.