Son iki ayda yol qaydalarının pozulmasına görə 24,784 milyon lari cərimə yazılıb
24.03.2025 11:10
343
Siyasət
A
Son iki ayda yol qaydalarının pozulmasına görə 24,784 milyon lari cərimə yazılıb

2025-ci ilin yanvar-fevral aylarında yol hərəkəti qaydalarının pozulmasına görə yazılmış cərimələrdən büdcəyə 24 784 839 lari daxil olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 28% azdır. 2024-cü ilin ilk iki ayında bu cür cərimələrin məbləği 34 506 121 lari təşkil edib.

Aktual.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin birləşdirilməmiş büdcə gəlirlərinə dair məlumatında qeyd olunub.

Ümumilikdə sanksiyalar, faizlər və cərimələrdən daxil olan gəlirlərə gəldikdə isə burada da 28.7%-lik azalma müşahidə olunur.

Rəqəmlərə əsasən, 2025-ci ilin yanvar-fevral aylarında qeyd olunan kateqoriyadan dövlət büdcəsinə 43 505 531 lari daxil olub. Müqayisə üçün, 2024-cü ilin eyni dövründə bu göstərici 61 008 281 lari təşkil edirdi.

Bundan əlavə, cari ilin ilk iki ayında Tbilisidə parklanma qaydalarının pozulmasına görə yazılan cərimələr ötən ilin eyni dövrü ilə müqayisədə 52% azalıb. Daha dəqiq desək, 2025-ci ilin yanvar-fevral aylarında düzgün olmayan parklanmalara görə 1 416 079 lari məbləğində cərimə yazılıb. Halbuki 2024-cü ilin eyni dövründə bu rəqəm 2 931 627 lari idi.

Hesabat dövründə biletsiz sərnişindaşımaya görə yazılan cərimələrin məbləği isə 227 472 lari təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 58.4% azdır. Maliyyə Nazirliyinin məlumatına əsasən, 2024-cü ilin yanvar-fevral aylarında bu sahəyə görə 547 100 lari cərimə tətbiq edilmişdi.

ŞƏRH YAZ
7