Son iki ayda Gürcüstandan 12 238 ədəd minik avtomobili ixrac olunub
24.03.2025 15:37
229
Siyasət
A
Son iki ayda Gürcüstandan 12 238 ədəd minik avtomobili ixrac olunub

2025-ci ilin ilk iki ayında Gürcüstandan 12 238 ədəd minik avtomobili ixrac olunub. Müqayisə üçün, 2024-cü ilin eyni dövründə bu rəqəm 12 373 ədəd təşkil etmişdi.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.

Avtomobil ixracının həcmi azalsa da, ixracdan əldə olunan gəlirlər artıb. Belə ki, 2025-ci ilin yanvar-fevral aylarında ixrac olunan avtomobillərin ümumi dəyəri 285.2 milyon dollar olub, halbuki 2024-cü ilin eyni dövründə bu göstərici 262.5 milyon dollar idi.

Cari ilin hesabat dövründə bir avtomobilin ixracından orta hesabla 23 303 dollar gəlir əldə olunub. Bu göstərici ötən ilin eyni dövründə 21 222 dollar idi. Bu isə o deməkdir ki, ötən illə müqayisədə daha bahalı avtomobillərin ixracı həyata keçirilib.

2025-ci ilin yanvar-fevral aylarında Gürcüstandan ən çox avtomobil ixrac olunan ölkələr Qırğızıstan və Qazaxıstan olub. Ən bahalı avtomobillər isə əsasən Qırğızıstana ixrac edilib.

İlk beş əsas ixrac bazarı belə sıralanır:

Qırğızıstan – 5 020 ədəd avtomobil, ümumi dəyəri 148.8 milyon dollar (orta qiymət: 29 642 dollar);

Qazaxıstan – 4 912 ədəd, 84.24 milyon dollar (orta qiymət: 17 150 dollar);

Azərbaycan – 1 266 ədəd, 28.8 milyon dollar (orta qiymət: 22 737 dollar);

Ermənistan – 390 ədəd, 9.8 milyon dollar (orta qiymət: 25 146 dollar);

Tacikistan – 227 ədəd, 5.39 milyon dollar (orta qiymət: 23 760 dollar).

ŞƏRH YAZ
5