25.03.2025 10:46
613
Siyasət
A
"Oğru aləmi" ilə əlaqəsi olan 7 nəfər saxlanılıb

Hüquq-mühafizə orqanları “oğru al'mi” ilə əlaqəd' ittiham olunan 7 nəfəri saxlayıb.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

İmereti Polis Departamenti və Qərbi Gürcüstan Regional Prokurorluğunun əməkdaşlarının birgə apardığı əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində İmereti regionunda “qanuni oğru”larla əlaqədə olan 7 nəfər məhkəmə qərarı əsasında həbs edilib.Onlara 15 ilə qədər həbs cəzası nəzərdə tutulur.

İttihama əsasən, təqsirləndirilən şəxslər öz kriminal təsir gücündən istifadə edərək Kutaisi bazarında çalışan işçiləri “Tabaxmela 2023”-ə keçməyə məcbur ediblər. Bunun nəticəsində Kutaisidəki bazarın fəaliyyəti dayanıb və “Tabaxmela 2023” bazarı böyük gəlir əldə edib. Nəticədə, “Ani” bazarına yüz minlərlə larilik maddi ziyan dəyib.

Polis tərəfindən saxlanılan şəxslərin şəxsi və yaşayış yerlərində axtarış aparılıb. İstintaq üçün əhəmiyyətli olan kompüter avadanlıqları və mobil telefonlar aşkar edilərək maddi sübut kimi götürülüb. Məlum olub ki, şübhəlilər bu texnologiyalar vasitəsilə bir-biri ilə və xaricdə yaşayan “qanuni oğru”larla əlaqə saxlayırdılar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 223-cü prim maddəsinin birinci və ikinci bəndləri, eləcə də 223-cü tertiya maddəsinin ikinci bəndi ilə davam etdirilir.

ŞƏRH YAZ
0