2024-cü ildə Gürcüstana ən çox səfər Rusiyadan olub
25.03.2025 11:26
196
Siyasət
A
2024-cü ildə Gürcüstana ən çox səfər Rusiyadan olub

2024-cü ildə Gürcüstanda beynəlxalq səfərlərin sayı 6,5 milyon olub ki, bu da 2023-cü ilin göstəricisini 4,6% çox deməkdir.

Aktual.ge xəbər verir ki, bu barədə PMCG-nin hesabatında belə qeyd olunub.

Araşdırmaya görə, beynəlxalq səfərlərdəki az artım əsasən bir günlük səfərlərin azalması ilə əlaqədardır (-9,2%).

Bundan əlavə, 2024-cü ildə Gürcüstana ən çox səfər Rusiyadan olub (ümumi səfərlərin 22%-i). Bundan əlavə ən çox səfər edənlər sırasında Türkiyə (20,7%) və Ermənistan (14,7%) yer alıb.

"2023-cü illə müqayisədə Rusiyadan səfərlər 0,2%-lik artım göstərib, Türkiyədən səfərlər isə 4,3% və Ermənistandan 1,5% azalıb", - hesabatda qeyd olunub.

Həmçinin, qeyd etmək lazımdır ki, illik ən yüksək artım tempi Çindən olub, çünki oradan gələn səfərlərin sayı demək olar ki, ikiqat artıb və 88,6 minə çatıb. Yüksək artım Hindistandan və İsraildən də müşahidə olunub.

"2024-cü ildə Gürcüstana Avropa İttifaqı və Böyük Britaniyadan edilən səfərlər 438.414 olub (ümumi səfərlərin 6,8%-i), bu isə 2023-cü ilin göstəricisindən 3,8% çoxdur. Lakin 2024-cü ilin birinci rübündən sonra Avropa İttifaqı və Böyük Britaniyadan edilən səfərlərin sayı hər rübdə azalıb.

Avropa İttifaqı ölkələrindən və Böyük Britaniyadan Gürcüstana ən çox səfər isə Almaniyadan (17,9%) və Polşadan (15,2%) olub", - PMCG-nin araşdırmasında belə qeyd olunub.

ŞƏRH YAZ
6